Mingəçevir şəhərində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Şirvan bürosu xəbər verir ki, “VAZ-21099” markalı avtomobil Sənaye Parkının yaxınlığında “Mitsubishi” markalı maşınla toqquşub.

Nəticədə biri yüngül olmaqla iki nəfər xəsarət alıb. Xəsarəti ağır olan 1986-ci il təvəllüdlü Yevlax rayon Qaraoğlan kənd sakini Adıgözəlov Səxavət Əhliman oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.