Avtoreyd.Az Hadisə Piyada üçün qadağan olunmuş yerdə gənc oğlanı maşın vurub (Foto)

Piyada üçün qadağan olunmuş yerdə gənc oğlanı maşın vurub (Foto)


Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb.

“Report”un xəbərinə görə, hadisə yeraltı piyada keçidinin üstündə baş verib.

Belə ki, hava limanı istiqamətində hərəkətdə olan 90-TT-756 dövlət qeydiyyat nişanlı “Volkswagen” markalı avtomobil piyadalar üçün müəyyən edilməmiş yerdən yolu qəfil keçən 16 yaşlı Aqşin İslamovu vurub. A.İslamov avtomobilin yan güzgüsünə və qapısına çırpılıb.

Hadisə zamanı o, kəllə-beyin travması alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb. Onun avtomobili cərimə meydançasına yerləşdirilib.

AvtoReyd.Az

Related Post

Yasamal RİH başçısının birinci müavini: “Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir” – FOTO – VİDEOYasamal RİH başçısının birinci müavini: “Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir” – FOTO – VİDEO

AvtoReyd.Az “Report”a istinadən xəbər verir ki, hadisə Yasamal rayonunun İnşaatçılar prospekti ərazisindəki binalardan birində qeydə alınıb. Yanğın binanın dam örtüyündən başlayıb. Yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyinin (FHN) 8 yanğınsöndürən maşını cəlb