Bakı-Quba yolunun Quba rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə magistralın İsnovqışlaq kəndi ərazisində qeydə alınıb. Avtobusla minik maşının toqquşması nəticəsində bir nəfərin öldüyü bildirilir. Xəsarət alan 6 nəfər Quba Mərkəzi Rayon Xəstəxanasına,  2 nəfər isə Quba Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.