Vergi borcuna görə avtonəqliyyat müəssisəsinin 15,6 min manatlıq 6 əmlakı yenidən hərraca çıxarılıb.

AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki, Vergilər Nazirliyi vergi borcuna görə “Tərtər Avtonəqliyyat” ASC müəssisəsinə məxsus 6 avtobusu ikinci dəfə hərraca çıxarıb. May ayında birinci dəfə hərraca çıxarılan avtobuslara 15 min 600 manat qiymət qoyulub.

İlkin hərracda satılmadığından avtobusların qiyməti 10% aşağı salınaraq ümumilikdə 14 min 40 manat müəyyənləşdirilib.

Hərraca çıxarılan əmlaklar Tərtər şəhəri, E. Hüseynov küç. ev 56 ünvanında yerləşir.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.