Goranboy rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

AvtoReyd.Az “Report”un yerli bürosunun istinadən məlumat verir ki, Veyisli kəndi ərazisində hərəkətdə olan “Ford” markalı yük avtomobili “VAZ-2106” markalı minik maşını ilə toqquşub.

Qəza zamanı rayonun Veyisli kəndindən olan iki nəfər – 1995-ci il təvəllüdlü Alıyev Seymur Fazil oğlu və 1992-ci il təvəllüdlü Şahhüseynov Şahhüseyn Əhliman oğlu müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.