Bakının Xətai rayonu, İnqilab İsmayılov küçəsində avtobus dayanacaq məntəqəsinin ətrafı zəbt edilib.
Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev bildirib ki, bununla bağlı daxil olan vətəndaş müraciəti əsasında əraziyə baxış keçirilib. Müəyyən edilib ki, məlum olmayan səbəbdən dayanacaq məntəqəsinin ətrafı hasarlanıb. Nəticədə dayanacaq pavilyonunun şüşələri qırılıb, dirəklər zədələnib.
Bakı Nəqliyyat Agentliyinin (BNA) müdaxiləsi ilə paytaxtın Xətai rayonunun İnqilab İsmayılov küçəsində avtobus dayanacağının ətrafına çəkilmiş dəmir hasar sökülüb.
Qurumun Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, hazırda ərazidə piyadaların və müntəzəm marşrut xəttindən istifadə edən sərnişinlərin rahatlığı və təhlükəsizliyi üçün şərait yaradılır.