Siyəzəndə də xəsarətlə nəticələnən yol qəzası olub. Nəticədə 3 nəfər yaralanıb.

Siyəzən şəhəri ərazisində 30 yaşlı Rəsul Babayev “Ford Transit” markalı yük furqonunun idarəetməsini itirib. Maşın aşıb, sürücü və sərnişinləri Xaçmaz rayonunun Çiləgir kənd sakinləri – 36 yaşlı Rafiq Nağdıyev və 39 yaşlı Elnur Səlimov xəsarət alıblar.

Yaralılar Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. İlkin tibbi yardımdan ambulator müalicəyə buraxılıblar.

Qəzanın səbəbləri araşdırılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.