Avtoreyd.Az Hadisə Bərdə rayonunda zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var (Foto)

Bərdə rayonunda zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var (Foto)


Bərdə rayonunda zəncirvari avtomobil qəzası baş verib, xəsarət alanlar var.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Cəyirli kəndində qeydə alınıb. Hərəkətdə olan “VAZ-21011” markalı avtomobillə Mercedes və “VAZ-21-099” markalı avtomobillər bir birinə deyib.

Qarabağ bürosuna Bərdə rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, yol qəzası zamanı dörd nəfər müxtəlif bədən xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Bunlar Bərdə rayon sakinləri, “VAZ” markalı avtomobilin sürücüsü Orxan Süleymanov, və sərnişin 23 yaşlı Nərgiz Məmmədova və digər avtomobillərin sürücüləri, Elman Cəfərov, Akif Məmmədovdur.

Yaralı qadının bədənində və ayağında sınıq və əzik xəsarətləri olduğu üçün xəstəxananın Travmatologiya Şöbəsinə yerləşdirilib, vəziyyəti orta ağırdır. Digər yaralılar isə ilkin tibbi yardım aldıqdan sonra ambulator müalicə üçün evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Xudatda TIR-la “VAZ”-ın toqquşması nəticəsində yaralananlardan biri ölüb (Foto)Xudatda TIR-la “VAZ”-ın toqquşması nəticəsində yaralananlardan biri ölüb (Foto)

Xudatda ağır yol-nəqliyyat hadisəsi nəticəsində ağır xəsarət alan iki şəxsdən biri ölüb.AvtoReyd.Az APA-ya istinadən verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq,  yük maşını (TIR) ilə VAZ markalı minik avtomobilinin toqquşması nəticəsində xəsarət alan 21 yaşlı Qəmrayev