Avtoreyd.Az Hadisə Sibel Can oğlu ilə birlikdə zəncirvari qəzaya düşdü (Video+Foto)

Sibel Can oğlu ilə birlikdə zəncirvari qəzaya düşdü (Video+Foto)


Türkiyəli müğənni Sibel Canın idarət etdiyi avtomobil zəncirvari qəzaya düşüb.

Hadisə İstanbulun Beşiktaş səmtində baş verib.

5 avtomobilin iştirakı ilə baş verən zəncirvari qəzada 3 nəfər yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdirilib. Əzilən avtomobillər isə cərimə meydançasına aparılıb.

Qəza zamanı Sibel Canın idarə etdiyi avtomobildə oğlu Əmir Ağsüt də olub. Onlar təhlükəsizlik kəmərindən istifadə etdikləri üçün xəsarət almayıblar.

Müğənni bildirib ki, hadisə işıqforun qırmızı işığında gözləyən zaman baş verib. Arxadan gələn mikroavtobusun bir avtomobilə çırpılması nəticəsində zəncirvari qəza olub.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo

Related Post

Metronun “Koroğlu” stansiyasının bir giriş-çıxışı müvəqqəti bağlanırMetronun “Koroğlu” stansiyasının bir giriş-çıxışı müvəqqəti bağlanır

Aparılacaq təmir işləri ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin “Koroğlu” stansiyasının “piramida” adlandırılan giriş-çıxışı aprelin 21-dən müvəqqəti olaraq bağlanılacaq. AvtoReyd.Az quruma istinadən xəbər verir ki, stansiyanın digər bütün giriş-çıxışları (“Alov” parkı, Nəqliyyat Mübadilə

Sumqayıtda avtomobillərin ehtiyat hissələrini oğurlayan ata və oğlu tutulub (Foto)Sumqayıtda avtomobillərin ehtiyat hissələrini oğurlayan ata və oğlu tutulub (Foto)

Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları avtomobillərin ehtiyat hissələrini oğurlayan şəxslərə qarşı növbəti əməliyyat keçirib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən “Report”a verilən məlumata görə, oktyabrın 8-nə keçən gecə Sumqayıt şəhəri 11-ci