Bərdə rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə rayonun Koroğlu küçəsində qeydə alınıb. “VAZ-2106” markalı avtomobillə “Ford” markalı yük avtomobili toqquşub. Nəticədə “VAZ”ın sürücüsü ağır xəsarət alıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib. Yaralının şəxsiyyəti hələ müəyyənləşməyib.

Faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.