Avtoreyd.Az Hadisə Lerik rayonunda yol qəzası baş verib: Ölüb yaralanan var (Video)

Lerik rayonunda yol qəzası baş verib: Ölüb yaralanan var (Video)


Lerik rayonunda yol qəzasında bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

“Report”un Cənub bürosunun xəbərinə görə, hadisə Piran-Hamarat yolunda baş verib.

Qışlaq kəndindən böyrək sancıları olan xəstəni öz avtomaşını ilə Lənkərana gətirmək istəyən sürücü idarəetməni itirərək “Niva” markalı avtomaşını dərəyə aşırıb. Hadisə nəticəsində  Lerik rayonu, Coni kənd sakini, 80 yaşlı Qızbacı Ağakişi qızı Nəhmətova ölüb, 57 yaşlı Nəhmətulla Gülhəsən oğlu Əhmədov və 55 yaşlı İranə Gülhəsən qızı Nəhmətova yaralanıb.

Hər iki yaralı reanimasiya şöbəsinə yerləşdirilib. Qapalı kəllə-beyin travması diaqnozu qoyulan yaralılardan daha ağır vəziyyətdə olan N.Əhmədov travmatik şok vəziyyətindədir.

AvtoReyd.Az

https://www.youtube.com/watch?v=GW_a7eZtSxo

Related Post