Sentyabrın 4-nə keçən gecə “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində, həmçinin “Facebook Messenger” məlumat mübadiləsi proqramında problem yaranıb.

“Report” “Downdetector” xidmətinin məlumatlarına istinadən xəbər verir ki, problem, xüsusilə Fransa, Böyük Britaniya, Polşa, Macarıstan, Meksika, ABŞ və Azərbaycanda müşahidə olunub.

“Twitter” istifadəçiləri “İnstagram”da öz profillərini yükləyə bilmədiklərini, həmçinin “Facebook”da “like” edə və ya şərh yaza bilmədiklərini yazıbar.

Eyni zamanda “WhatsApp” messencerinin işində də poblem yaandığı bildirilir. Bu, əsasən Hindistan və Yaxın Şərq ölkələrində müşahidə olunub.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.