Bu gün Bakıda axşam saatlarında şəhərin “Cavanşir körpüsü” ərazisindən “Babək” prospektinə tərəf tıxac yaranıb.
AvtoReyd.Az Milli.Az-a istinadən xəbər verir ki, tıxac küçələrin həm paytaxt istiqamətinə gələn hissəsində, həm də əks hərəkət zolaqlarında müşahidə edilir. Saat 18, 19 radələrində artıq 40 dəqiqədir ki, avtomobillər hərəkət edə bilmir.
