Avtoreyd.Az Hadisə Lənkəranda iki avtomobil toqquşub yaralanan var (Foto)

Lənkəranda iki avtomobil toqquşub yaralanan var (Foto)


Lənkəran şəhərinin mərkəzində xəsarətlə nəticələnən yol qəzası baş verib.

“Report”un Cənub bürosunun məlumatına görə, hadisə akademik Zərifə Əliyeva və Mirzə Məhəmmədhüseyn Axund küçələrinin kəsişməsində olub.

“99-BN-445” dövlət qeydiyyat nişanlı yük maşını ilə “55-BM-518” dövlət qeydiyyat nişanlı minik avtomaşınlarının toqquşması nəticəsində biri yüngül olmaqla dörd nəfər xəsarət alıb.

Yaralılardan birinin azyaşlı olduğu bildirilir. Xəsarət alan şəxslər Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

Related Post

Sosial şəbəkələrdə avtomobil satmaq adı ilə dələduzluq edən şəxs tutulubSosial şəbəkələrdə avtomobil satmaq adı ilə dələduzluq edən şəxs tutulub

Xızıda dələduzluq edən şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan APA-ya verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirlər nəticəsində vətəndaşları dələduzluq yolu