Xaçmaz rayonunda 62 yaşlı piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

AvtoReyd.Az “Report”un Şimal bürosuna istinadən məlumat verir ki, Xaçmaz şəhər sakini, 1956-cı il təvəllüdlü Telman Babayev yolu keçərkən onu avtomobil vurub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini orta-ağır qiymətləndirir.

T.Babayevin yolu keçərkən sərxoş vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Xaçmaz rayon Polis şöbəsində araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.