Şirvan şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az “Report”un yerli bürosuna istinadən xəbər verir ki, Məhəmməd Əsədov küçəsindəki torpaq yolda yüksək sürətlə hərəkətdə olan “BMW” markalı “10-ZP-823” dövlət qeydiyyat nişanlı minik maşını idarəetmədən çıxaraq kənarda zibil atmaq istəyən yaşlı qadının üzərinə aşıb.

Hadisə nəticəsində 1951-ci il təvəllüdlü Adışova Güldəstə Səfərqulu qızı ölüb. Maşının 1990-cı il təvəllüdlü sürücüsü Əhədov İmran Səxavət oğlu xəsarət alaraq xəstəxanın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.