Gəncə şəhərində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

AvtoReyd.Az “Report”un Qərb bürosunun istinadən məlumat verir ki, şəhərin Heydər Əliyevparkının yaxınlığında baş vermiş avtomobil qəzası zamanı hər iki sürücü xəsarət alıb.

Onlardan birinə ambulator yardım göstərilib. Digər sürücü, Gədəbəy rayon sakini, 68 yaşlı Səfdər Bağırov isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.