Bakı-Qazax avtomobil yolunda “Hundai” markalı minik avtomobili ilə “KamAZ” toqquşub.

AvtoReyd.Az “Report”un Şirvan bürosuna istinadən xəbər verir ki, Goranboy rayonunun Goran qəsəbəsi yaxınlığında baş vermiş qəza nəticəsində 1968-ci il təvəllüdlü İmişli rayon sakini Sarıyev Azər Qara oğlu və 1978-ci il təvəllüdlü Saatlı rayon sakini Novruzov Niyazi Nizami oğlu yaralanaraq xəstəxanaya yerləşdirilib. Yaralılardan sonuncunun vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.