Hindistanın Himaçal-Pradeş ştatının Manali şəhəri ərazisindən keçən Bias çayı turist avtobusunu yuyub aparıb.
AvtoReyd.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, həmin zaman avtobus dayanacaqda olub və içərisində heç kim olmayıb.
Cənub-qərbi musson güclü yağış və sürüşmələrə səbəb olub ki, nəticədə bəzi rayonlarda yollar keçilməz olub. Həmçinin Bias çayında suyun səviyyəsi qalxıb və avtomobillərin hərəkəti mümkünsüzləşib.