- Azərbaycanda taksi fəaliyyəti ilə bağlı müəyyən qadağalar tətbiq edilib. Dəyişikliklərə əsasən, parklama qaydalarını pozan avtomobil sahibləri 5.14 nişanınn tələblərinə uyğun olaraq 40-50 manat civarında cərimə ediləcəklər.
- Əksər hallarda taksi sürücüləri öz minik vasitələrini qeyri-qanuni şəkildə park edirlər. Bu da yolda hərəkətin intensivliyinə müəyyən maneələr yaradır. Taksiyə sürücülüyü fəaliyyəti ilə məşğul olan bir çox vətəndaş işıqforların alt hissəsində, nişanlar qarşısında, hətta skilərdə belə minik vasitələrini park edərək fəaliyyətlərinə davam edirlər. Şəhərin əksər yerlərində taksilər üçün nəzərdə tutulan 5.14 nişanı quraşdırılmaqdadır. Bu qərar fərdi taksi fəaliyyəti ilə məşğul olan şəxslər üçün problem yaradacaq. Çünki avtomobillərin saxlanılması üçün nəzərdə tutulan yerlərin sayı da məhdudiyyət təşkil edəcək. Hazırda taksi fəaliyyəti növü ilə məşğul olan şəxslərin sayı çoxdur. Elə buna görə də əksər yerlərdə onlara qarşı dayanma-durma qaydalarına görə cərimələr tətbiq ediləcək.
- Dəyişikliyə əsasən, 24 saatdan artıq ərazidə park edilən avtomobilin sahibinə qarşı cərimə tətbiq ediləcək. Bu BŞİH-nin quraşdırdığı parkomatlar qarşısında uzun müddətə park edilən avtomobilləri əhatə edəcək. Yəni bir sutka ötdükdən sonra avtomobil sahibinə cərimə yazılacaq.
- İstər valideynlərin, istərsə də tələbələrin özlərinin şəxsi avtomobilləri ilə tədris müəssisələrinə gəlmələri qyeri-qanuni parklamalara səbəb olur. Səhər saatlarında orta məktəblərin qarşısında olan qələbəliyi, avtomobil sıxlığını valideylərin əsasən ibtidai sinif şagirdləri olan övladlarını dərsə gətirmələri ilə izah etmək olar.
- Fiziki imkanları məhdud insanlarla bağlı nəzərdə tutulan nişanlar da tətbiq ediləcək. Parklama zamanı bu kateqoriyaya aid insanlar üçün də müəyyən yer nəzərdə tutulub. Həmin şəxslərin avtomobilləri üçün ayrılan ərazidə avtomobil saxlayan şəxs üçün 10 manat məbləğində cərimə nəzərdə tutulub.
- Artıq evakuasiya avtomobillərində kameralar quraşdırılıb. Məqsəd, vətəndaşların minik vasitələri cərimə meydançalarına aparılarkən, yarana biləcək problemlərin çözülməsidir. Yəni, avtomobildən nə isə itdikdə və ya minik vasitəsinin hansısa bir hissəsinə zərər dəydikdə, bazaya ötürülən görüntülər vasitəsi ilə mübahisəli məsələlər öz həllini tapacaq.
- Bir çox hallarda vətəndaşla YPX əməkdaşı arasında olan mübahisələrin şahidi olmuşam. Elə olub ki, minik vasitəsi evakuasiya edilərkən bəzi hissələri kobud rəftar nəticəsində sıradan çıxıb.Əksər hallarda sürücü bunu sübut edə bilmir. Çünki evakuasiya əməkdaşları avtomobili cərimə meydançasına yerləşdirdikdən sonra dərhal çıxıb gedirlər. Buna görə də sürücü sübut edə bilmir.
- Bahalı parklama məkanları sadə avtomobil sahiblərinin büdcəsinə görə olmadığı üçün həmin ərazilərdə avtomobil üçün müvəqqəti dayanacaq kimi istifadə etmək mümkün olmur. Yəni nə qədər müasir standartlara acavab verən parklama məkanları olsa da, hər bir vətəndaşn cibinə uyğun fəaliyyət göstərməlidir.Bunun üçün də vətəndaş bəzən alternativ küçələrdə avtomobil saxlamağa üstünlük verir.
- Ekspert Zaur Seyidzadə qanunsuz parklamanın yaratdığıp problemlərdən çıxış yollarını “AvtoClub”da izah edir.