Avtoklub

Maşınınızı sığorta etdirmək sizə hansı üstünlüklər qazandırır?

“2016-cı ildə edilən son dəyişikliklərə nəzər yetirsək, əsas dəyişikliklərdən biri icbari sığortalarda blankların ləğv olunması oldu. Yəni icbari sığortalanma prosesi online formasına keçdi. Bundan başqa birbaşa tənzimləmə prinsipi tətbiq olundu, yəni sığortalandığınız şirkətdən də sığorta ödənişini almaq məsələsi qanunvericiliyə gətirildi. Bu da kifayət qədər böyük bir dəyişiklik idi”. Bunu “Avtoclub” verilişinin qonağı, sığorta üzrə mütəxəssis  Mustafa Abbasbəyli söyləyib.

Qu’en est-il de ceux qui se moquent de nous, des personnes qui se moquent du monde en le mettant au jour, qui nous enivrent? Les parents, qui voulaient l’aider, n’ont pas kik rencontre gratuit Khātegaon encore été invités. Lors du référendum sur la libéralisation de l'exécutif des services publics en 2004, le parlement européen, le conseil et la commission ont exprimé l'espoir de rétablir l'exécutif à la marge, avec l'obligation d'une compensation à la commission et du conseil.

Ce nouveau site sera l’occasion de rencontrer de plus en plus de personnes, des échanges avec tous les partis, et des échanges de vie privé. Et c’est l’un des signes map qui montre le caractère général de l’humanité. Le président américain a promis une « paix totale ».

Nous voulons que l’économie régénère de façon équilibrée et en fonction du résultat du processus décisionnel », a déclaré le porte-parole du groupe, christian ménard. La plupart du temps, la compagnie d’adolescents de 18 à 30 ans sont des visiteurs qui débarquent pour faire des rencontres rencontre femme de l'est en france Caracal ou pour passer une partie de leur adolescence dans une compagnie d’adolescents. C'est donc sans nul doute un des plus grandes réalisations des municipalités de montréal.

Site de rencontre love connected dating site free. L’objectif de ce blog est de bar rencontre paris 15 tiptop les faire usage au-delà de la limite. Nous nous réveillons tous les dimanches après-midi, après-midi et plus de nuit, mais nous avons des enfants qui se font déplacer en direction de la salle d’accueil et dans le bistrot et nous devons leur faire prendre les mains.» - pierre-o.

Ekspert bildirib ki, əvvəlki qaydaya əsasən siz A şirkətində avtomobilinizi icbari məsuliyyət sığorta etdirmişdinizsə və təqsir sizdə deyildisə, zərər vuran şəxsin sığorta şirkəti başqa sığorta şirkəti idisə, siz müraciət edirdiniz həmin o başqa sığorta şirkətinə və zərərinizi həmin sığorta şirkətindən tələb edirdiniz. Yeni qaydalara əsasən isə avtomobiliniz hansı şirkətdə sığortalanıbsa, həmin şirkətdən də ödəniş tələb edirsiniz və həmin sığorta şirkətinin sizə verdiyi ödənişi zərər vuranın sığorta şirkətindən subraqasiya qaydasında geri alınır.

“Müəyyən istisnalar var ki, zərər çəkən şəxs sığorta ödənişini almasına baxmayaraq, ödənişi vermiş sığorta şirkəti zərərvuran şəxsdən həmin ödənişi geri ala bilər”- Mustafa Abbasbəyli belə deyib.  Bu hallar hansılardır sualına, ekspertin cavabı belə olub: “Misal üçün, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan zərər vuran şəxs avtomobil idarə edibsə, bu halda sığorta şirkəti ödənişi  zərər çəkən şəxsə ödəyir, daha sonra isə həmin məbləği həmin şəxsdən geri alır. Sürücünün içkili vəziyyətdə olduğu və ya hadisə yerini tərk etdiyi halda, kobud qayda pozuntusu ilə hadisə törətdikdə də bunu edə bilər. Bu hallarda sığorta şirkəti subraqasiya qaydasında ödənişi zərər vuran şəxsdən alır. Digər hallarda isə sığorta şirkəti ödəniş edir və bununla da məsələ bağlanır. Amma konkret olaraq istənilən şəxsə yol hərəkəti haqqında qanunvericiliyə əsasən sürücülük hüququ varsa, etibarnaməsi varsa və ya avtomobilin sahibi avtomobildə əyləşibsə, bu hallarda sığorta ödənişi verilir və heç kimdən də subraqasiya qaydasında ödəniş tələb edilmir”.

Sığorta müqaviləsinin avtomobildə gəzdirilməsinə ehtiyacın olub-olmaması sualına sığorta üzrə mütəxəssisin cavabı belə olub:  “Yol Hərəkəti Haqqında Qanunvericiliyə yaxın vaxtlarda bu dəyişikliyin ediləcəyi gözlənilir. Hazırda qanunla bu tələb edilməlidir, amma sığorta ilə bağlı  qanuna əsasən də bu tələb edilməməlidir. Bu baxımdan da  ziddiyətli məsələlər müəyyən mənada qalır. Amma təcrübəyə nəzər salsaq, DYP-də bu müqavilələr tələb edilmir, cərimələr tətbiq olunmur”.

Qeyd edək ki, istənilən şəxsin özü icbari sığortasının qüvvədə olub-olmamasını 9707 sms xidməti vasitəsi ilə öyrənə bilər. Bundan başqa, hətta  DYP-nin məlumat bazasında da bu haqda informasiyanı asan şəkildə əldə etmək mümkündür.

“İcbari sığorta haqqında qanuna əsasən, əgər iştirakçılar icbari sığorta almaq üçün sığorta şirkətinə müraciət etmək istəyirlərsə, hadisə baş verdikdə DYP əməkdaşlarını dəvət edirlər, avtomobilin sənədlərini, sürücülük vəsiqəsini, etibarnamə varsa onu və digər sənədləri sığorta şirkətinə təqdim edirlər. Bir halda icbari sığorta qanunvericiliyi bu sənədləri və DYP-dan forma 4 deyilən hadisə iştirakçılarının təqsirini müəyyən edən arayışı tələb etməyə ehtiyac olmur. Qanunvericilikdə bunun üçün bir neçə şərt var. Bunların biri zərərin min manata qədər olması halıdır, digəri isə iştirakçıların sayının ikidən artıq olmamasıdır. Daha bir şərt də fiziki xəsarət yəni səhhətə dəyən zərərin qeydə alınmamasıdır. Bu hallarda sürücülər DYP-ya müraciət etmədən, müvafiq arayış almadan sığorta şirkətinə müraciət edib, məbləği rahat şəkildə ala bilərlər”. Bu cavab isə ekspertimizin qəza baş verdiyi halda tələb edilən sənədlər, sığorta agentinin iştirakı və müəyyən ediləcək məbləğ məsələsi ilə bağlı verdiyimiz suala oldu.

Kasko sığortası ilə icbari sığortanın fərqini sığorta üzrə mütəxəssis belə izah edib:İcbari sığorta, icbari məsuliyyət sığortası sizin məsuliyyətinizi sığortalayır. Yəni sizin avtomobilinizə dəyən zərər heç bir halda ödənilmir. Sizin üçüncü şəxsə vurduğunuz zərər sığorta şirkəti tərəfindən ödənilir. Kasko sığortasında isə sizin bilavasitə avtomobilinizin özü təminata daxil olur. Və sizin avtomobilinizə dəyən zərər sığorta şirkəti tərəfindən ödənilir”.

Franşiza ilə bağlı sualı cavablandıran  ekspert icbari sığorta ilə bağlı istifadə edilən bu terminə də aydınlıq gətirdi: “2000-ci ildə sığorta qanunvericiliyinə edilmiş dəyişikliyə əsasən bu məhfuma bir anlam gətirildi və azad edilmə kimi qanunvericilkdə tətbiq edildi. Bu nədir? Sığorta şirkəti tərəfindən, dəymiş zərərin hər hansı bir hissəsinin ödənilməməsidir. Misal üçün, kasko sığortasında siz avtomobilinizi sığortalamısınız. Və müqavilədə  müəyyən məbləğ franşiza kimi misal üçün 100 manatdır. Bu o deməkdir ki, hadisə zamanı dəymiş zərərin məbləğindən asılı olmayaraq, həmin məbləğ sığorta şirkəti tərəfindən ödənilməyəcək”.

Qeyd edək ki, franşizanın öz  tətbiq etmə mexanizmi  var.  Bu avtomobilin dəyərindən, minik vasitəsinin buraxılış ilinin köhnəliyindən, sürücünün stajından və digər məsələlərdən asılıdr. Mustafa Abbasbəyli bildirib  ki, franşiza adətən bir faiz civarında olur, amma bu hər hansı bir təcrübədə tətbiq edilən müəyyən nisbət deyil. Yəni istənilən formada azad olunma məbləği tətbiq edilə bilər.

Avtomobilini sığortalayan sürücülərin diqqət yetirməli olduğu əsas şərtlərlə bağlı sığorta üzrə mütəxəssis  bunları söyləyib: “Əgər kasko sığortasından söhbət gedirsə, avtomobili sığortalayanda birinci növbədə sığorta şirkəti düzgün seçilməlidir. Şirkətin ödəniş qabiliyyətinə, bazardakı nüfuzuna, maliyyə göstəricilərinə nəzər yetirilməlidir. Sonra isə müqavilə imzalanarkən hansı məsələlərə diqqət yetirilməlidir? İlk növbədə avtomobilin dəyəri düzgün şəkildə müəyyən edilməlidir. Çünki növbəti gün oğurluq hadisə baş verdikdə avtomobil sahibi hansısa bir zərərə uğramasın. Onu da qeyd edim ki, avtomobilin dəyərinin yüksək və ya aşağı məbləğdə göstərilməsi vətəndaş üçün xeyirli deyil. Ən yaxşısı real dəyərin müəyyən edilməsidir. Digər məsələ isə franşiza məsələsidir, yəni azad olmanın müəyyən edildiyi məbləğ.Ona da diqqət yetirilməlidir. Çalışmaq lazımdır ki, maksimum dərəcədə az olsun. Təbii ki, onun az olması üçün də əlavə sığorta haqqı ödənilməlidir. Amma tərəflər özləri müəyyən etməlidirlər ki, azad olma məbləğinin az olmasını istəyirlərsə, bunun üçün əlavə sığorta haqqı ödəmək lazımdır”.

Alqı-satqı zamanı icbari sığortalanan nəqliyyat vasitəsinin bitməmiş sığorta müqaviləsinin dəyişdirilməsinə ehtiyac varmı sualına isə Mustafa Abbasbəyli bunları söyləyib: “Xeyr. Bu qanun qəbul ediləndə buna ehtiyac vardı. Daha sonra edilmiş düzəlişlərə əsasən avtomobilin sahibindən asılı olmayaraq, sığorta müqaviləsi bitmə tarixinə qədər qüvvədə qalır”.

Hadisə baş verdikdə qəza komissarının əraziyə gəlməsinin məcburi olmadığını bildirən ekspert, bunun sığorta şirkətindən asılı olduğunu qeyd edib: “Qəza komissarını göndərə də bilərlər, göndərməyə də. Bu sığorta şirkəti üçün hadisənin və dəymiş zərərin həcmindən asılıdır”.

Qəza baş verdiyi zaman avtomobil sahibi sürücülük vəsiqəsini, şəxsiyyət vəsiqəsini, avtomobilin texniki şəhadətnaməsini və DYP əməkdaşının çağırılmasına ehtiyac duyulduğu halda DYP-nin ilkin arayışını, buna 3 saylı arayış deyilir, təqdim etməlidir. Daha sonra isə sığorta şirkətinin sorğusuna əsasən DYP-dən təqsirkar şəxsi müəyyən edən 4 nömrəli arayış təqdim olunur və dəymiş zərər müəyyən edilir. Bu sənədlər əsasında da sığorta şirkəti tərəfindən ödəniş həyata keçirilir.

Hadisə baş verdikdən sonra bəzən minik vasitəsinin yerinin dəyişdirilməsinə görə sığorta şirkətinin nümayəndəsi ilə müəyyən mübahisəli məsələlər yaranır. Vəziyyətin necə tənzimlənməsinə ekspert belə aydınlıq gətirib:

“Ümumiyyətlə avtomobili sığorta şirkətinin nümayəndəsi gəlmədən hadisə yerindən çəkmək olmaz deyən bir müddəa yoxdur. Bu sığorta şirkətləri üçün niyə önəmlidir? Çünki müəyyən hallarda sürücülər bundan sui-istifadə edirlər. Hadisə iştirakçıları təqsiri müəyyən mənada digər şəxslərin üzərinə yıxmağa cəhd edirlər. Bu baxımdan sığorta şirkətləri çalışırlar ki, hadisə yerində olsunlar və əraziyə gələnə qədər heç bir dəyişiklik olmasın”.

Mustafa Abbasbəyli bildirib ki, qəza baş verdikdə alınan xəsarətlə bağlı icbari sığorta haqqında qanuna əsasən hadisə üzrə hər bir şəxsə dəyən zərər beş min manat olmaqla, ümumilikdə isə bir hadisə üzrə 55 min manat sığorta ödənişi verilə bilər. Bu, bir hadisəni əhatə edir. Baş verən hadisənin sayından asılı olmayaraq, sığorta şirkəti tərəfindən eyni məbləğdə ödəniş verilməlidir.

Ekspert qeyd edib ki, qanuna əsasən sığorta ödənişi kompensasiya şəklində yəni pul formasında və ya natura şəklində ödənilə bilər. Yəni razılığa əsasən zərər çəkənə vəsait də ödənilə bilər, və ya onun avtomobili təmir də edilə bilər.

İcbari sığorta ilə bağlı  mərkəzləşdirilmiş sistem mövcuddur. Bütün endirimlər də, əlavə sığorta haqqı da, icbari sığorta bürosu tərəfindən təqdim edilir. Bu, bütün sığorta şirkətlərində eynidir.

İcbari sığortanın yalnız Azərbaycan ərazisində qüvvədə olduğunu vurğulayan sığorta üzrə mütəxəssis, məsələnin ölkəni tərk etdikdə yaşıl kart sistemi ilə tənzimləndiyini bildirib:  “Azərbaycan da artıq yaşıl kart sisteminə qoşulub. Avtomobili ilə ölkəni tərk edən şəxs sığorta şirkətindən yaşıl kart əldə edə bilər. Ölkə sərhədlərindən kənarda yaşıl kart sisteminin əhatə etdiyi dövlətlərdə lazım gəldikdə bu kartdan yararlana bilər”. Qeyd edək ki, yaşıl kart sisteminə əsasən Avropa ölkələri daxil olmaqla, ümumilikdə 56 dövlət qoşulub. Onların arasında Rusiya, Ukrayna, Türkiyə, İran və İsrail də var.

Mustafa Abbasbəyli qeyd edib ki, minik avtomobillərinin sığortalanması  vahid sığorta qaydaları çərçivəsində tənzimlənir: “Bütün sığorta şirkətləri eyni şərtlər tətbiq etməlidir. Amma nəqliyyat vasitəsi minik avtomobili deyilsə yəni yük avtomobili, avtobus, digər hüquqi şəxsə məxsus minik vasitəsidirsə, bu halda sığorta şirkətlərinin tətbiq etdiyi şərtlər tam sərbəstdir. Bu hallarda sığorta sahibi diqqətli olmalıdır ki, sabah hadisə yaşanan zaman problemlə üzləşməsin”.

Sığorta şirkəti ilə sığorta etdirən şəxs arasında yaşana biləcək problemlərə gəlincə, ekspert bunları söyləyib: “Sığorta münasibətlərində sırf avtomobillə, əmlakla  bağlı olan iki məqam var. Bir -sığorta ödənişinin verilib-verilməməsi. İki- verilən sığorta ödənişi nə qədər olmalıdır? Mövcud mübahisələrin 99 faizi bu iki məsələ ətrafında olur. Ödəniş imtina olunduğu halda mübahisələndirilir ki, imtina olunmamalıdır, və ya ödəniş verildiyi halda məbləğ mübahisələndirilir”. Təcrübədə bu mübahisələrin artıq gündən-günə azaldığının müşahidə edildiyini bildirən ekspert, bunu sığorta sferasındakı  təkmilləşmə ilə izah edir. Bu da öz müsbət təsirini göstərir.

İcbari avtomobil sığortası ilə kasko sığortasının fərqini izah edən ekspert Mustafa Abbasbəyli, sığorta məsuliyyətinin bir şəxsin digər şəxsə vurduğu zərər nəticəsində yarandığını və nəticədə ödəniş olunduğunu bildirib. Sığorta üzrə mütəxəssis qeyd edir ki, zəlzələ, yanğın, oğurluq halları icbari sığorta  müqaviləsinin predmeti deyil. Bu kimi məsələlər kasko sığortasına aiddir.

Ekspert Mustafa Abbasbəyli qeyd edib ki, imzalanan müqavilə qanunvericiliyə uyğun  olaraq  şəxsin istəyi ilə, avtomobil sahibinin vəfat etməsi və ya əmlakın məhv olması qeydə alındıqda, sığorta müqaviləsinə xitam verilə bilər”.

Bonus-malus sistemi, sığorta bürosu tərəfindən tətbiq edilən bir sistemdir. Bu sistemdə sığortalı şəxsin ötən illər ərzində aldığı sığorta haqlarının müqabilində ona əlavə olaraq malus sistemi tətbiq olunur.  Yəni növbəti ilin sığortası üçün onun sığorta haqqı daha çox olur. Əgər şəxs sığorta ödənişi almayıbsa, növbəti illərdə onun sığorta haqqı daha az olur. Ekspert sürücülərə avtomobillərini öz şəxsiyyət vəsiqələri ilə sığortalamağı tövsiyə edir. Yəni avtomobilinin sığortalanması zamanı kimin şəxsiyyət vəsiqəsindən istifadə edilibsə, həmin şəxsin hadisəsi şəxsiyyət vəsiqəsi sahibinin bonus-malus sisteminə tətbiq ediləcək.

Ekspert bildirib ki, sığorta sahibi dünyasını dəyişdikdə ona aid məbləğ həmin şəxsin vərəsələrinə təqdim edilir.

Mustafa Abbasbəyli kasko sığortası üçün ən yüksək ödəniş məbləğinin digər ölkələrlə müqayisədə, Azərbaycanda daha aşağı olduğunu bildirib: “Azərbaycan təcrübəsində kasko sığortasının təxmini haqqı avtomobilin dəyərinin  3-4 faiz nisbətində götürülür.  Onu da qeyd edək ki, bu məbləğ digər ölkələrdə daha yüksəkdir. Misal üçün, Rusiyada kaskonun həcmi 9-10 faiz civarındadır. Avropa ölkələrində isə daha yüksək, 20 faizə qədərdir”.

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.

Biz Instagramda

Connection error. Connection fail between instagram and your server. Please try again