Hindistanda avtobus sürücüsü sükanı meymuna verdiyinə görə saxlanılıb.
AvtoReyd.Az-ın məlumatına görə,maraqlı hadisə Hindistanın cənubunda yerləşən Karnataka ştatında qeydə alınıb.Nəqliyyat vasitəsinin içində 30-dan artıq sərnişin olmağına baxmayaraq heç biri bundan şikayət etməyib.Sosial şəbəkələrdə virus kimi yayılan video səlahiyətli şəxsləri tədbir görməyə məcbur edib.Şahidlərin sözlərinə görə, meymun başqa sərnişinlə avtomobilə oturub,sonradan sürücünün qucağında yer alan heyvana heç kim qadağa qoymayıb.
Sonda təyinat yerinə çatan meymun sürücüdən əl çəkib.
AvtoReyd.Az bu maraqlı görüntünü sizə təqdim edir: