Avtoreyd.Az Hadisə Özünü bloqer kimi təqdim edən avtoxuliqan aləmi bir birinə vurdu (Video+Foto)

Özünü bloqer kimi təqdim edən avtoxuliqan aləmi bir birinə vurdu (Video+Foto)


Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində avtoxuliqanlıq edərək yolda digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradan sürücünü saxlayıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, sürücü Elçin Əhmədov 99-GB-678 dövlət nömrə nişanlı “BMV” markalı avtomaşınla Cəfər Cabbarlı küçəsində, həmçinin  İnşaatçılar prospektində təhlükəli manevrlər edib.

O, avtomobili yüksək sürətlə sürərək yol hərəkət qaydalarını kobud şəkildə və davamlı olaraq pozub. Bunu aşkar edən Yasamal rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sürücünü müşayət edərək, təhlükəsizlik qaydalarını qorumaq şərti ilə onu Cəfər Cabbarlı küçəsində saxlaya biliblər.

Saxlanılarkən avtomobilin şüşələrinə bağlayaraq özünü bloqer kimi təqdim edən və yol polisini mobil telefon vasitəsi ilə videoya çəkməklə hədələyən sürücü post patrul xidməti əməkdaşları tərəfindən avtomobildən çıxarılıb.

Sürücü izahatında həqiqətən də  yol hərəkət qaydalarını davamlı şəkildə pozduğunu və avtoxuliqanlıq etdiyini bildirib. Sürücü barəsində araşdırma aparılan zaman onun bu ilin 10 ay ərzində 27 dəfə qayda pozuntusu törətdiyi, barəsində inzibati protokollar tərtib olunduğu və 18 cərimə balı topladığı məlum olub.

Bu səbəbdən sürücü barəsində toplanmış material Yasamal Rayon Məhkəməsinə təqdim olunub. E.Əhmədovun törətdiyi xətalar video görüntülər vasitəsilə  sübuta yetirilib və məhkəmə qərarı ilə o, 20 gün inzibati qaydada həbs edilib. Bundan başqa onun sürücülük hüququ bir il müddətinə məhdulaşdırılıb.

Related Post

Bakıda taksi sürücüsü erməni mahnısına qulaq asdı: sərnişinlər etiraz etdi – VİDEOBakıda taksi sürücüsü erməni mahnısına qulaq asdı: sərnişinlər etiraz etdi – VİDEO

Bakıda taksi sürücüsü erməni mahnısına qulaq asdığı yerdə videosu yayılıb. AvtoReyd.Az BAKU.WS-ə istinadən xəbər verir ki, sərnişin sürücüyə iradını bildirdikdən sonra mahnını söndürüb. Video sosial şəbəkədə paylaşılandan sonra sürücü qınaq obyektivinə