Hadisə

Bərdədə avtomobillər toqquşub, xəsarət alanlar var-Yenilənib (Video+Foto)

Bərdə rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Qaradəmirçi kəndində qeydə alınıb.

Kənd sakini Ramil Əliyevin idarə etdiyi “QAZ-53” markalı yük maşını ilə “Opel” markalı minik avtomobili toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü, Bərdə rayonu, Alpout kənd sakini, 1966-cı il təvəllüdlü Əli Yahya oğlu Məhərrəmov xəstəxanaya yerləşdirilib. Digər sürücünün xəsarətləri yüngül olduğundan hadisə yerində ambulator yardım alıb.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.

 

 

 

Müəllif haqqında

www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.