Sürücü bu dəfə avtomobilin yük yerinə hər hansı bir əşya yox, üç azyaşlını mindirib. Uşaqların həyatını təhlükəyə atan sürücü , bu vəziyyətdə yolda bir neçə kilometr hərəkətdə olub.
Azyaşlıları avtomobilin yük qoyulan hissəsində aparır.
Görüntüləri hadisəyə şahid olan sürücülərdən biri çəkərək ”Xəzər Xəbər”in votsap nömrəsinə göndərib.
Sürücünün sözlərinə görə, o, həmin kadrları Şəmkirdə çəkib. Kadrlardan aydın olur ki, ”57 BH 291” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü salonda yer olmadığından yük yerinə 3 azyaşlı oğlan uşağını mindirib.
O, hətta uşaqlara hava gəlsin deyə yük qapısını açıq qoyub. Bu da azyaşlılar üçün təhlükənin nə qədər böyük olmasından xəbər verir.
Uşaqlar isə arxadan gələn sürücünün onları çəkdiyini görən kimi əl etməyə başlayırlar. Qaydaları kobud şəkildə pozan sürücü bu şəkildə bir neçə kilometr yol gedir.