Saatlıda baş verən yol-nəqliyyat hadisəsində 2 nəfər xəsarət alıb

AvtoReyd.Az “Report”-un Mil-Muğan bürosunun məlumatına görə,bildirir ki, 21.00 radələrində rayonun Kamallı kəndində “VAZ-2107” markalı avtomobil traktorla toqquşub.

Hadisə nəticəsində avtomobildə olan İmişli sakinləri – 1972-ci il təvəllüdlü Elşad Hüseynov və 1977-ci il təvəllüdlü Elnarə Hüseynova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Saatlı rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib.

Faktla bağlı Saatlı rayon Polis Şöbəsində araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.