Avtoreyd.Az Hadisə Dj Çina qəza törətdi (Video)

Dj Çina qəza törətdi (Video)


Tanınmış Dj Çina avtomobil qəzası törədib. 

AvtoReyd.Az News24.az-a istinadən xəbər verir ki, hadisə az müddət əvvəl Sahil metrosunun qarşısında baş verib. Dj-in sükan arxasında olduğu avtomobil idarəsini itirərək, işıqfora çırpılıb. Avtomobil yararsız hala düşsə də, Çina ciddi xəsarət almayıb. Hadisə yerində olan əməkdaşımız Çinanın sarsıntı içində olduğu üçün hadisənin necə baş verdiyi barədə danışmağa çətinlik çəkdiyini bildirib. Hazırda hadisə yerində qəza ilə bağlı tıxac yaranıb.
Hadisə yerindən baş verən qəzanın videogörüntüsünü təqdim edirik.

Related Post

Bakıda üç piyada qadını və bir avtomobili vurub qaçan sürücü həbs edilibBakıda üç piyada qadını və bir avtomobili vurub qaçan sürücü həbs edilib

Binəqədi rayonunun polis və prokurorluq orqanları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib. “Report”un