Avtoreyd.Az Hadisə Gəncədə sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var

Gəncədə sərnişin avtobusu qəzaya düşüb, xəsarət alanlar var


 Gəncə şəhərində sərnişin avtobusu qəzaya düşüb.

AvtoReyd.Az “Report”un Qərb bürosuna istinadən məlumat verir ki, hadisə şəhərin Mikayıl Müşfiq küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 17 nömrəli marşurut xətti üzrə işləyən “İsuzu” markalı avtobus minik avtomobili ilə toqquşub. Nəticədə bir neçə nəfər xəsarət alıb. Onlardan bir nəfərinin xəsarəti ciddi olduğundan xəstəxanaya yerləşdirilib. Hazırda onun kimliyi dəqiqləşdirilir.

Hadisənin başvermə səbəbləri isə aparılan araşdırmalardan sonra məlum olacaq.

Related Post

Bakıda sərxoş vəziyyətdə avtobusun qarşısını kəsən şəxs sərnişinləri ölümlə hədələyib (Video+Foto)Bakıda sərxoş vəziyyətdə avtobusun qarşısını kəsən şəxs sərnişinləri ölümlə hədələyib (Video+Foto)

Son günlərdə orta yaşlı kişi Bakı şəhəri Nərimanov rayonu Xətai prospektində ictimai nəqliyyatın hərəkətində problemlər yaratmağa başlayıb. Xaliq Faiqoqlu MMC-dən verilən məlumata görə, 199 saylı marşrut xəttinin “Yaşıl bazar”ın qarşısında