Avtoreyd.Az Hadisə Cəlilabadda “Mercedes” “KamAZ”a çırpılıb, xəsarət alan var (Foto)

Cəlilabadda “Mercedes” “KamAZ”a çırpılıb, xəsarət alan var (Foto)


Cəlilabadda xəsarətlə nəticələnən yol qəzası olub.

“Report”un Muğan bürosu xəbər verir ki, hadisə axşam saatlarında yeni Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili “KamAZ” markalı yük maşınına çırpılıb. Qəza nəticəsində 1 nəfər ağır xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Hazırda hadisənin baş vermə səbəbləri və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Related Post

Bakıda maşın universitetin hasarına çırpıldı: qadın sərnişin pəncərədən bayıra çıxdı – FOTOBakıda maşın universitetin hasarına çırpıldı: qadın sərnişin pəncərədən bayıra çıxdı – FOTO

Bakının Nəsimi rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. AvtoReyd.Az report-a istinadən xəbər verir ki, Mərdanov Qardaşları küçəsi ilə hərəkətdə olan “90-TF-087” dövlət qeydiyyat nişanlı “Mercedes” markalı