Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un Muğan bürosunun məlumatına görə, hadisə köhnə Ələt-Astara yolunun rayonun Qarazəncir kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Yüksək sürətlə hərəkət edən “Mercedes” markalı avtomobil mal-qara sürüsünü vurub. Hadisə nəticəsində 1 inək tələf olub və sürücüyaralanıb. Yaralıya müvafiq tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.