Salyan rayonunda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Report”un Aran bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Xıdırlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

“Hundai” markalı avtomobil qarşıda gedən “Opel” markalı maşına arxadan çırpılıb. Nəticədə “Hundai”nin Masallı rayonundan olan 1979-cu il təvəllüdlü sürücüsü Yalçın Rəhimov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.