Yevlax-Bərdə yolunda baş vermiş yol qəzası zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.

“Report”un Qərb bürosunun məlumatına görə, “VAZ-2107” markalı avtomobilin yolun Yevlax rayonundan keçən hissəsində beton maneəyə çırpılması nəticəsində 1973-cü il təvəllüdlü Hidayətov Elman Salman oğlu və onun 2002-ci il təvəllüdlü oğlu Hidayətov Mülkədar Elman oğlumüxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya aparılıblar.

Onlardan birinin vəziyyəti kafi, digərininki isə qənaətbəxş hesab edilir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.