Kürdəmir rayonunda yol qəzası baş verib.

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Kürdəmir-Zərdab yolunun rayonun Söyüdlər kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Ağcabədi rayon sakini, 1970-ci il təvəllüdlü Etibar Ramiz oğlu Rzayev “Mercedes” markalı avtomobillə Kürdəmir istiqamətində hərəkətdə olarkən qarşıdan gələn Zərdab rayon sakini, I qrup Qarabağ əlili, 1966-cı il təvəllüdlü Elxan Fazil oğlu Bəkirovun idarə etdiyi OKA markalı avtomobillə toqquşub. Nəticədə OKA-nın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Hadisəyə səbəb kimi yolun həddindən artıq bərbad vəziyyətdə olması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.