Yaralananlar təcili xəstəxanaya aparılıb.

Böyük Britaniyada sürücü avtomobili piyadaların üstünə sürüb. Nəticədə iki nəfər yaralanıb.

Bu haqda informasiyanı “Daily Star” nəşri yayıb.

Hadisə Liverpul şəhərində baş verib. Ağ rəngli Ford-un sürücüsü avtomobilini 4 nəfərin üstünə sürüb. Yaralanan iki nəfər təcili xəstəxanaya aparılıb.

Polis idarəsindən verilən məlumata görə, sürücü 19 yaşlı gənc oğlan olub. Onun tutulduğu deyilir.

Araşdırmalar nəticəsində məlum olub ki, avtomobil bu il oktyabr ayının sonlarında Kensinqton şəhərindən oğurlanıb.

https://www.youtube.com/watch?v=azY5E7xfrCY

AzNews.az

© AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.