Kürdəmir rayonunda yol qəzası baş verib. 

“Report”un Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə gecə saatlarında şəhərin “Dörd yol” adlanan hissəsində qeydə alınıb.

Belə ki, Kürdəmir rayonunun Çöhranlı kənd sakini, 1988-ci il təvəllüdlü Asim Əzizalı oğlu Hüseynovun idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq beton maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.