Avtoreyd.Az Hadisə TIR-la marşrut avtobusu toqquşması nəticəsində 6 nəfər xəsarət alıb

TIR-la marşrut avtobusu toqquşması nəticəsində 6 nəfər xəsarət alıb


Bu gün səhər saatlarında Bakıda TIR-la 551 saylı marşrut avtobusunun toqquşması nəticəsində xəsarət alan 10 nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Səhiyyə Nazirliyindən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, onlardan 6-sı kişi, 4-ü qadındır.

Qurumdan qeyd olunub ki, 1 saylı Kliniki Tibbi Mərkəzə gətirilən yaralılardan 4 nəfərinə ilkin tibbi yardım göstərilərək evə buraxılıb: “Digər yaralılardan 3-ü neyro-cərrahiyyə, 2-si travmatologiya, 1-i isə reanimasiyada şöbəsinə yerləşdirilib. Onların vəziyyətləri orta sabitdir”.

Qeyd edək ki, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən isə bildirilib ki, məsələ ilə bağlı araşdırma bitdikdən sonra nəticəyə uyğun olaraq daşıyıcı şirkətlə bağlı müvafiq tədbir görüləcək.

AvtoReyd.Az

Related Post

Fransada avtobusla qatarın toqquşması nəticəsində ölən və yaralanan 10-dan çox uşaq hələ də tanınmayıbFransada avtobusla qatarın toqquşması nəticəsində ölən və yaralanan 10-dan çox uşaq hələ də tanınmayıb

Fransada avtobus və qatarın toqquşması nəticəsində ölən və ya yaralanan 10-dan çox uşağın şəxsiyyəti hələ də, məlum deyil. Bu barədə yerli prokurorluğa istinadən BFMTV telekanalı məlumat yayıb. Perpinyan prokuroru Jan-Jak

Nərimanovda atışma: Ölən varNərimanovda atışma: Ölən var

Bakıda Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat zamanı martın 23-də Masallı rayonunda silahlı hücumda iştirak edən cinayətkar qruplaşmanın üzvünü zərərsizləşdirilib. AvtoReyd.Az xəbər verir ki, əməliyyatçılar Zaur Əliyevin izinə düşüblər