Göyçay rayonunda yanğın hadisəsi baş verib.

AvtoReyd.Az “Report”un Şirvan bürosuna istinadən verdiyi məlumata görə, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolun Göyçay şəhərinin Natavan küçəsindən keçən hissəsində qeydə alınıb.

Ucar rayon sakininə məxsus “VAZ-21099” markalı “61-BC-899” dövlət qeydiyyat nişanlı minik maşını yolun kənarında dayandığı yerdə anidən alovlanıb. Dərhal hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.