Zabrat-Maştağa avtomobil yolunun Balaxanı dönqəsində avtobus qəza törədib.

AvtoReyd.Az-ın məlumatına görə, svetoforun qırmızı işığına məhəl qoymayan avtobus sürücüsü hərəkətə davam edib və nəticədə Balaxanıdan Maştağa istiqamətinə dönmək istəyən “QAZ-31” markalı avtomobilin qabağ hissəsini vurub. Hadisə anı svetoforda dayanan avtomobildəki videoqeydiyyatçının kadrına düşüb. Sərnişin daşıyan nəqliyyat vasitəsinin bu sürətlə və yol hərəkət qaydalarına riayyət etməməsi artıq gündəlik hala dönməkdədir. Hadisə nəticəsində xəsarət alanlar barədə məlumat verilməsə də, nəqliyyat vasitələrinə ziyan dəyib.

AvtoReyd.Az həmin videonu sizə təqdim edir.

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.