Avtomobilin piyadaya yol verməyib üstəgəl yüngül xəsarət yetirmə anı kameraya düşüb.
Hadisə Bakının mərkəzində, Rəşid Behbudov küçəsi ilə Süleyman Rəhimov küçəsinin kəsişməsində baş verib.
Sağa dönmə edən 90-OZ-401 markalı avtomobil piyadalar üçün nəzərdə tutulmuş keçiddən keçən qadına maneə törədərək toxunub.
Videoda göründüyü kimi, kobud şəkildə qadına yol verəyən sürücü üstəlik piyadanın qolundan sürtüb.
Xatırladaq ki, sürücü yolayrıcında sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol vermədiyinə görə, yəni: “sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür” İXM 330 madəsinə əsasən əlli manat məbləğində cərimə edilir.