Heydər Əliyev prospektində ağır yol nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin AvtoReyd.Az-a verdiyi məlumata görə, qəzaya səbəb Təcili Tibbi Yardım avtomobilinin qarşı hərəkət zolağına çıxması səbəb olub. Olay Heydər Əliyev prospektinin Bağırov körpüsünə yaxın ərazisində baş verib. Ölən və xəsarət alanlar barədə məlumat verilməsə də, zəncirvari qəza nəticəsində bir neçə nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Hadisə yerindən çəkilən görüntünü sizə təqdim edirik: