Səhər saatlarında Bakıda yol nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az xəbər verir ki, idarəetməni itirən qara rəngli “Hyunday” markalı avtomobil svetofora, sonra isə ağaca çırpılaraq dayanıb.

Hadisə Səməd Vurğun və Zərifə Əliyeva küçələrinin kəsişməsində baş verib. Qəza nəticəsində xəsarət alanlar barədə məlumat verilməsə də avtomobilə ciddi ziyan dəyib və svetofor yararsız hala düşüb.

Faktla bağlı araşdırma aparılır.

 

AvtoReyd.Az

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.