Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AvtoReyd.Az – ın məlumatına görə, bir neçə dəqiqə bundan əvvəl Xətai rayonunun Nobel prospektində naməlum avtomobil yolu keçən orta yaşlı kişini vurub. Nəticədə piyada hadisə yerində ölüb. Hadisə şahidlərinin verdiyi məlumata görə, güclü zərbənin təsirindən piyadanın bədəni bir neçə hissəyə parçalanıb.

Faktla bağlı Xətai RPİ tərəfindən araşdırma aparılır. Orta yaşlı kişini vurub öldürən avtomobil və sürücüsü axtarılır.

AvtoReyd.Az 

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.