Şəki rayonunda yol qəzası baş verib.

AvtoReyd.Az “Report”a istinadən məlumat verir ki, hadisə Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şəki-Bakı xətti üzrə hərəkət edən mikroavtobus yoldan çıxaraq aşıb. Xəsarət alanların olduğu bildirilir. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.