Avtoreyd.Az Hadisə Azadlıq prospektində əks istiqamətdə hərəkət edən “Lexus”

Azadlıq prospektində əks istiqamətdə hərəkət edən “Lexus”


Bakıda qaydaları kobud şəkildə pozaraq əks yola çıxan və təhlükəli vəziyyət yaradan sürücü kameraya düşüb.

AvtoReyd.Az “Report”a istinadən  xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.  

Görüntülərdən məlum olur ki, Azadlıq prospekti ilə hərəkət edən 10-YY-357 dövlət nömrə nişanlı, “Lexus” markalı avtomobilin sürücüsü qoşa xəttin tələblərini pozaraq yolun əks istiqamətinə çıxıb.

Eyni zamanda sürücü işıqforun qadağanedici nişanında gözləmək əvəzinə axının əksinə hərəkəti davam etdirib. O, yol kəsişməsində digər avtomobillər üçün təhlükə yaradıb.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən belə qayda pozuntusuna yol verən sürücülər 100 manat və 4 bal cərimə olunurlar. 

AvtoReyd.Az

Related Post

Bakıda insanlığa yaraşmayan hərəkət: Heyvanı yük maşınına bağlayıb, sürüdülərBakıda insanlığa yaraşmayan hərəkət: Heyvanı yük maşınına bağlayıb, sürüdülər

Bu gün sosial şəbəkərlədə bir sürücünün yük maşının arxasına dananı bağlayaraq sürüməsi böyük narazılığa səbəb olub. Görüntü ictimailəşdikdən sonra bunu edən şəxs polis tərəfindən saxlanılaraq cərimələnib. Sürücü hərəkətindən peşman olduğunu

8 zolaqlı yoldan uşaq arabasıyla keçməklə, özünün və övladının həyatını təhlükəyə atan ana (Video)8 zolaqlı yoldan uşaq arabasıyla keçməklə, özünün və övladının həyatını təhlükəyə atan ana (Video)

Avtoreyd.az bildirir ki, Ukraynanın paytaxtı Kiyevdə qadın, uşaq arabasıyla yolun hərəkət hissəsinə çıxıb. Hadisə Kiyev sakinlərindən birinin registratoru tərəfindən qeydə alınıb. Bu addımı atmaqla o, küçənin bir tərəfindən digərinə keçməyə çalışıb.