Mingəçevirdə minik avtomobili aşıb.

AvtoReyd.Az APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Samux küçəsində baş verib.

“VAZ 2106” markalı avtomobillə toqquşan “VAZ 21 07” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb. Hadisə nəticəsində 1992-ci il təvəllüdlü sürücü Elvin Kərimli ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.