Avtoreyd.Az Hadisə Binəqədidə yol çökdü

Binəqədidə yol çökdü


İstismar müddəti bitmiş kanalizasiya borusu yolda çökməyə səbəb olub.

Hadisə Binəqədi rayonu, Binəqədi yolunda baş verib. 80-ci illərin sonunda tikilən kanalizasiya kollektri bu gecə partlayıb. Nəticədə yaxın vaxtlarda əsaslı şəkildə qurulan yol keçilməz olub. Yolda bir neçə metr dərinliyi olan çökmə yaranıb

”Azərsu” ASC-nin Bakı Su Kanal İdarəsinin rəis müavini Əlizadə Nəsirov deyir ki, diametri min millimetr olan kollektr 80-ci illərin sonunda tikilib. İstismar müddətini başa vuraraq aşınmaya məruz qalıb. Bu səbəbdən də yolda çökmə baş verib.

Bildirildi ki, həmin yol ən azı iki gün bağlı olacaq. Binəqədi 1 küçəsindən istifadə edən sürücülərə alternativ yollara keçmələri tövsiyyə edilir.

AvtoReyd.Az

Related Post

Şirvanda bankomatlardan pul çıxaran təqaüdçüləri aldadan şəxs tutulubŞirvanda bankomatlardan pul çıxaran təqaüdçüləri aldadan şəxs tutulub

Şirvanda bankomatlardan təqaüd çıxaran sakinlərin etibarından sui-istifadə edərək onlara məxsus 120 və 222 manat təqaüdü mənimsəyən şəxs saxlanılıb. AvtoReyd.Az APA-ya istinadən xəbər verir ki,, vətəndaşların müraciəti əsasında Şirvan şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri