Kürdəmir rayonunda baş verən yol qəzasında 4 nəfər xəsarət alıb.

AvtoReyd.Az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Atakişilli kəndindən keçən hissəsində baş verib.

Belə ki, “Mitsubishi” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və sərnişinlər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Bunlar Bakı şəhər sakinləri – sürücü, 1971-ci təvəllüdlü Cavadova Kəmalə Balaca qızı, sərnişinlər – 1964-cü il təvəllüdlü Cəfərova Raya, 1998-ci il təvəllüdlü Bədəlova Aytac Nahid qızı və 2004-cü il təvəllüdlü Cəfərova Gülnur Azər qızıdır. Yaralılar müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

AvtoReyd.Az

 

By www.AvtoReyd.Az

AvtoReyd sırf sürücü piyada və nəqliyat sektorunu əhatə edir.Nəqliyata aid(sürücü,sərnişin,piyada,yol polisinə)aid suallarınız varsa buyurub qatıla bilərsiniz.