Xaçmazda bir nəfərin xəsarət alması ilə nəticələnən qəzanın videogörüntüsü yayılıb.
AvtoReyd.Az Oxu.Az – a istinadən xəbər verir ki, hadisə rayonun Nəriman Nərimanov küçəsində qeydə alınıb.
Videodan görünür ki, idarəetməni itirmiş minik avtomobili qarşısına çıxan qadına dəyərək sürətlə aptekin divarına çırpılıb.
