Ələt-Astara maqistralının Buta qəsəbəsindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərinin AvtoReyd.Az – a verdiyi məlumata görə, sürət həddi saatda 110 km müəyyən edilən yolda hərəkətdə olan avtomobil, qanunsuz yolu keçmək istəyən piyadanı vurub. Piyada yüngül xəsarətlərlə xilas ola bilsə də, sürücü güclü stres yaşayıb. Hadisə anından bir neçə dəqiqə sonra yüngül xəsarət alan xanım yoluna davam edib.
Faktla bağlı araşdırma aparılır.
Xatırladaq ki, qəzada yünqül xəsarət alan 55-60 yaşlı qadının həmin ərazidə dilənçiliklə məşğul olduğu bildirilir.
