Şamaxıda minik avtomobili yük maşını ilə toqquşub.
Hadisə rayonun Məlhəm kəndində qeydə alınıb.
AvtoReyd.Az Apa-ya istinadən xəbər verir ki , “VAZ 2109” markalı, 10 FM 738 dövlət nömrə nişanlı minik avtomobili qarşı tərəfdən gələn “ZİL 130” markalı, 04 BE 163 dövlət nömrə nişanlı yük avtomobili ilə toqquşub.
Qəza nəticəsində 1985-ci il təvəllüdlü Hümbətov Famil Faiq oğlu və 1981-ci il təvəllüdlü Məmmədov Rəfael Əlizaman oğlu ağır xəsarətlərlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.




